Azərbaycan alimləri və xalq seleksiyası nəticəsində yaradılmış bitki sortlarının mənşəyini təsdiq etmək üçün genetik pasportlaşdırma həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Pasportlaşdırma mədəni bitkilərin ilkin və ikinci əmələgəlmə mərkəzini müəyyən edir.
Bu proses milli genefondun qorunmasına xidmət edir.
Genetik pasportlar həmçinin beynəlxalq əməkdaşlıqda etibarlı sənəd rolunu oynayır.