Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancı üçillik münasibətlərinə son qoyub. Böyük eşqin bitməsi cütlüyün pərəstişkarlarını kədərləndirib.
Heftelik.z-ın Lent.az-a istinadən verdiyi məlumata görə, ayrılıq xəbərlərinin ardından Hande Erçel hava limanında jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək, “Bu mövzuda danışmaq istəmirəm, təşəkkür edirəm” deyib.
Hakan Sabancı isə “Aldatma ilə bağlı heç bir vəziyyət yoxdur. Ayrılıq bizim özəl həyatımızdır” açıqlamasını verib. Cütlüyün ayrılığında Hakan Sabancının anası Arzu Sabancının təsiri olduğu iddia edilsə də, o, Instagram paylaşımı ilə buna aydınlıq gətirib.
Arzu Sabancı yazıb, “Hande çox sevilən, uğurlu, zərif və dəyərləri olan gənc bir qızdır. Onların münasibətini sevinc ilə izlədim. Ayrılıq qərarı Hakan və Handeyə məxsusdur, biz ailə olaraq bunu sonradan öyrəndik. Oğullarımızın şəxsi həyatı öz seçimləridir, biz bu prosesə heç vaxt müdaxilə etmədik və etməyəcəyik.”