İmza yoxlanması düzgün imzaların sayı qeydiyyat üçün kifayət edərsə və ya kifayət etməzsə dayandırılır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Yoxlama nəticəsində imzaların düzgünlüyü təsdiqlənir və protokol tərtib olunur. Protokol seçki komissiyasının qərarına qoşulur və namizədə təqdim edilir. Namizəd imza yoxlanmasının nəticələrini əldə etmək hüququna malikdir.