Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil.

Heftelik.az xəbər verir ki, bu barədə Qazaxıstanın “KazTAG” nəşri məlumatlı mənbəyə istinadən bildirir.

“Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil, bu, feyk xəbərdir”, – mənbə qeyd edib.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV-lər Milli Təhlükəsizlik Komitəsi tərəfindən guya Nurtleu və bir sıra digər şəxslərin saxlanılması barədə məlumat yaymışdı.

***

saat 13.31

Bu gün Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Heftelik.az  “Orda.kz”ya istinadən xəbər verir ki, onlarla bərabər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb.

Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr “Orda”ya təsdiqləyib.

Nurtleu Çindən ŞƏT sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.