Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib: “Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir”.

***

saat 18.05

Astarada kütləvi zəhərlənmə olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına daxil olub.

Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.