Seçki komissiyası sənədləri qəbul etdikdən sonra 7 gün ərzində namizədin qeydə alınması barədə qərar verir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Qəbul edilən qərarda qeydiyyat və ya imtina səbəbləri göstərilir. Namizədə qərarın surəti verilir və imtina əsasları açıqlanır. Bu prosedur seçkinin qanuniliyini təmin edir.