Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 1983-cü il təvəllüdlü Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və onun nənəsi 1947-ci il təvəllüdlü Məmmədova Səkinə Xəlil qızı ölüb.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.
Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.