
Heftelik.az SporX-a istinadən xəbər verir ki, “sarı-qırmızılar” sentyabrın 12-nə kimi futbolçunun keçidini bitirmək istəyirlər.
2027-ci ilədək “İnter”lə müqaviləsi olan Hakan Çalhanoğlu özü də “Qalatasaray”dan gələn təklifi dəyərləndirməsi üçün İtaliya klubunun rəsmiləri ilə görüşüb.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən bu yana formasını geyindiyi “İnter”də 183 oyunda 38 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.