Seçki məntəqələri bələdiyyə ərazilərində qeydiyyatda olan seçicilərin sayına uyğun yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Hər 5 ildən bir məntəqələrin sayı yenidən tənzimlənə bilər. Məntəqələr seçicilər üçün əlverişli şəraitdə yaradılır. Seçkilərdən ən azı 50 gün əvvəl məntəqələr təsis olunmalıdır.