Şəmkirdə qayınata kürəkənini qətlə yetirib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub. Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və onlar ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını “TikTok”da paylaşıb.
Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qalıb. Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsində bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevi xilas etmək mümkün olmayıb. Sənan Əsgəovun müalicəsi xəstəxanada davam etdirilir.
Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini deyibmiş. Hadisə vaxtı S. Əsgərovun sərxoş olduğu bildirilir.
T. Əsgərovanın əvvəlki ailəsindən iki övladı var.
Faktla bağlı araşdırma gedir.