Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya 0:5 hesabı ilə məğlub olub.

Heftelik.az-ın məlumatına görə, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu nəticədən sonra baş məşqçi ilə yollar ayrılmalıdır.

AFFA-nın baş katibi qeyd edib ki, Fernandu Santuşdan istefa gözləyirlər: “O, mətbuat konfransında istefa verməsə, bu haqda tədbir görüləcək”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Ukrayna yığmasına qarşı keçirəcək.