Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.
Heftelik.az xəbər verir ki, bunu Kasım-Jomart Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib.
Qazaxıstan Prezidenti bildirib ki, ilin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb.
Onun sözlərinə görə, cari il əlamətdar tarixlərlə zəngin olub.
Qazaxıstan Prezidenti, həmçinin dünyadakı vəziyyət barədə danışıb: “Daimi sülh və ümumi tərəqqi naminə kompromislər axtarmaq lazımdır. Buna görə də Qazaxıstan Alyaskada Rusiya-ABŞ sammitinin nəticələrini, həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə bəyannaməni alqışlayıb”.