Bakıda faciəli hadisə baş verib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb..
Xaçmaz rayon sakini, 23 yaşlı Əhməd Yavər oğlu Gülməmmədov kirayə qaldığı 20 mərtəbəli binanın 18-ci mərtəbəsindən düşərək ölüb.
Hadisənin motivi məlum deyil.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.