Banklar gün ərzində öhdəliklərin icrasını təmin etmək üçün likvidlik idarəetməsini həyata keçirməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Banklarda likvidlik riskinin idarə edilməsi Qaydasında əksini tapıb.
Mədaxil və məxariclər üzrə proqnoz aparılmalı, ödənişlər prioritetləşdirilməlidir.
Əlavə vəsaitlərin cəlbi üçün təminat aktivləri daim nəzarətdə saxlanılır.
Yeni məhsul və xidmətlər üzrə risklər də əvvəlcədən qiymətləndirilməlidir.