Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Əli Əliyev 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 6-cı turunda Belçikaya böyük hesablı məğlubiyyətdən sonra istefa verəcəyini bildirib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Brüsseldə baş tutan görüş 6:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb
“Qısaca demək istəyirəm. Bütün baş verənlər, məğlubiyyət mənim günahımdır. Yazacağam, istefa verəcəm, gələndə isə Qazaxıstan Futbol Federasiyasının prezidentinə və rəhbərliyinə məlumat verəcəm”, – Əliyev oyunsonrası mətbuat konfransında deyib.
Əliyev may ayında rusiyalı Stanislav Çerçesovu əvəzləyərək milli komandaya rəsmən baş məşqçi təyin olunub.
Qazaxıstan hazırkı təsnifat mərhələsində növbəti oyununu oktyabrın 10-da doğma meydanda Lixtenşteynə qarşı keçirəcək.
J qrupu
1. Şimali Makedoniya – 11 xal (5 oyun)
2. Belçika – 10 xal (4 oyun)
3. Uels – 10 xal (5 oyun)
4. Qazaxıstan – 3 xal (5 oyun)
5. Lixtenşteyn – 0 xal (5 oyun).
Qazaxıstanlı futbolçu və məşqçi. 1980-ci il oktyabrın 27-də Alma-Atada anadan olub. milliyyətcə azərbaycanlıdır.
Əli Əliyev Qazaxıstan millisində çıxış edib. O, 2004-cü ildə Qazaxıstan çempionu, 2001 və 2003-cü illərdə Qazaxıstan kubokunun qalibi olub.
Əliyev 2019-cu ildə “Kyzyl-Jar SK” klubunun məşqçisi olub. 2025-ci ildə Qazaxıstan millisinə baş məşqçi səlahiyyətlərini icra edən təyin olunub.