İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.

***

saat 11.04

İzmirdə polis bölməsinə silahlı hücum olub, ölənlər var.

Heftelik.az NTV-yə istinadən xəbər verir ki, 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib.

Hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb