Agentlikdə sədr, müavinlər və digər rəhbər şəxslərin iştirakı ilə Kollegiya yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nda əksini tapıb.

Kollegiyanın tərkibini və üzvlərinin sayını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiqləyir. Kollegiya iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunur və qərarlar qəbul edilir. Bu qərarlar normativ hüquqi aktların qəbulundan tutmuş, onların ləğvi və dəyişdirilməsinədək geniş səlahiyyətləri əhatə edir.