Radiodalğaların ötürücü-boğucu qurğuları, dinləmə və aşkarlama cihazları Mərkəzə gətirilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzin daxili intizam Qaydalarında əksini tapıb.
Radioqəbuledici və ötürücülər, optik cihazlar və internet şəbəkəsinə daxil olmaq vasitələri də qadağandır.
Mobil telefon və kompüter yalnız Mərkəzin icazəsi ilə istifadə oluna bilər.
Hər hansı qadağan olunmuş elektron cihaz aşkarlanarsa, tənbeh tədbirləri tətbiq edilir.
Əcnəbilər bu qaydalarla tanış olub imza atmalıdırlar.