Azərbaycanın mədəni brend bitkiləri xalqın milli sərvəti sayılır və qanunla qorunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Ənənəvi mədəni brend bitkilərin və onların areallarının siyahısı təsdiqlənir. Bu bitkilər kənd təsərrüfatı, dərman və bəzək sahələrində istifadə olunur. Areallarda onların becərilməsi davam etdirilir və sahələr genişləndirilir. Başqa növ bitki nümunələrinin əkilməsi qadağan olunur. Dövlət sərgilərdə və yarmarkalarda bu bitkiləri təbliğ edir.