Astar konstruksiyalarda təzyiq qradienti qruntun filtrasiya əmsalı və astar qalınlığından asılıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.
Təzyiqsiz tunellərin subasan hissələrində çatların açılma məhdudiyyəti yoxdur. Statik hesablamalar çatların yaranması və plastik deformasiya nəzərə alınmaqla aparılmalıdır. Təzyiqli tunellərdə armatur kəsiyinin sərtliyi, təzyiqsiz tunellərdə isə beton kəsiyin elastikliyi nəzərə alınır.