ABŞ-dan Çinə növbəti QADAĞA

11 Sentyabr 2025, 08:24

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Çin vətəndaşlarının sözügedən qurumun kosmik proqramlarında iştirakını qadağan edib.

Heftelik.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Əvvəllər qadağa yalnız ABŞ vizası olmayan Çin vətəndaşlarına şamil olunurdu.

Lakin ötən həftədən etibarən NASA Çin vətəndaşlarının məlumat bazalarına çıxışını və iclaslarda iştirakını da məhdudlaşdırıb.