Agentliyin sədri geniş səlahiyyətlərə malik olmaqla yanaşı, qəbul edilən aktlara və qurumun fəaliyyətinə nəzarət edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nda əksini tapıb.

Sədr qeyri-normativ hüquqi aktlar qəbul edir, digər dövlət və beynəlxalq qurumlarla danışıqlar aparır və müqavilələr imzalayır. O, həm də dövlət büdcəsi ilə bağlı təkliflər verir və qanunvericiliyə zidd qərarları ləğv edir. Zəruri hallarda səlahiyyətlərinin bir hissəsini müavinlərinə həvalə edə bilir.