İstanbul Küçükçekmece Prokurorluğu “Can Holding”-in sahibləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağın da aralarında olduğu 8 nəfərin saxlanılması barədə qərar verib.
Heftelik.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Can Holding”-in tərkibində yer alan “Habertürk” və “Show TV” telekanallarına və 121 şirkətə əl qoyulub.
Prokurorluğun ittihamı cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulları yumaqla bağlıdır.