“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz.

Heftelik.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın günlərdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq:

“Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”, – deyə o bildirib.