Tunellərin astar konstruksiyalarının ikinci qrup həddi hallara hesablanması üzrə ilkin mərhələdə hesablamalar aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.

İxtiyari formalı beton və dəmir-beton astar konstruksiyaların hesablanması 10 və 11-ci bölmələrdə göstərilən normativ yüklərə əsasən həyata keçirilir. Çatların əmələ gəlməsi və açılmasına görə qüvvələr təhlil olunur. Astar konstruksiyanın çatadavamlılığı AzDTN 2.16-3-ə uyğun yoxlanılır.