Layihələndirmənin ilkin mərhələsində dairəvi formalı təzyiqli tunellərin beton və dəmir-beton astar konstruksiyaları qiymətləndirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.

Astar konstruksiyanın qalınlığı, qruntun xüsusi dəf etmə əmsalı və materialın elastiklik modulu nəzərə alınır. Suyun normativ daxili təzyiqi və kəsiyin armaturlanma əmsalı da hesablamalara daxil edilir. Çox zəif çatlı qruntlarda xüsusi düsturlar tətbiq olunur.