Karantin proseduru

15 Sentyabr 2025, 01:06

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün yeni qəbul edilmiş əcnəbilər 24 saata qədər karantində saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.

Karantindəki əcnəbi digər şəxslərdən ayrı yerləşdirilir.

Yoluxucu xəstəlik aşkarlanmazsa, karantin bitdikdən sonra digər əcnəbilərlə birlikdə saxlanılır.

Karantin zamanı sanitar təmizləmə tədbirləri həyata keçirilir.

Mərkəzin tibb işçisi nəticələri tibbi kitabçada qeyd edir.