Mədəni bitkilərin genetik ehtiyatları dövlət, bələdiyyə və xüsusi mülkiyyət formasında ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Dövlət mülkiyyətindəki bitkilər təbii məskənlərdə qorunur. Xarici kolleksiyalardan alınan bitkilər xüsusi sazişlə müəyyən edilir. Xüsusi mülkiyyət sahibləri genetik ehtiyatların qorunmasına cavabdehdir. Bələdiyyə mülkiyyətindəki ərazilərdə də qoruma tədbirləri həyata keçirilir. Dövlət mühafizəsi tələb olunan sahələr qanunla qorunur.