Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan danışıb.

Heftelik.az “Qafqazinfo” xəbər verir ki, o, mətbuat konfransında qələbə qazanmaq istədiklərini bildirib:

“Biz evdə oynayırıq və möhtəşəm gecə keçirmək istəyirik. Biz meydanda taktikamızı rəqibə görə dəyişirik. Bu dəfə evdə “Santa Klara” ilə 1:1-lik heç-heçə etdiyimiz matçdan fərqli oynayacağıq. “Qarabağ” fərqli sistemdə çıxış edən komandadır. “Befnika” bu matçın favoritidir. Biz hər oyunda qalib gəlməliyik”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.