Qısamüddətli mühafizə orderi daxili işlər orqanlarının qərarı ilə verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb. Qərar şikayət daxil olduqdan dərhal sonra qəbul edilir. Orderin müddəti on gün müəyyən olunur və zərurət olduqda uzadıla bilər. Bu, zorakılığın qarşısını almaq üçün sürətli müdaxilə vasitəsidir.