Qanuna görə, sosial sığortanın iştirakçıları həm işəgötürən, həm də işçilərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sosial sığorta haqqında” qanunda əksini tapıb.
Muzdla çalışan şəxslər, sahibkarlar və müstəqil fəaliyyət göstərənlər də sistemə daxildir.
Hər iştirakçı öz payına düşən sığorta haqqını ödəməlidir.
Bu, sosial müdafiə sisteminin ümumi işləməsini təmin edir.
