Yeməkdən imtina edən əcnəbilər gündəlik müayinədən keçirilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.
Onların psixi və fiziki vəziyyəti qeydə alınır.
Bu barədə tibbi kitabçalara müvafiq qeydlər aparılır.
Əgər sağlamlıqları üçün real təhlükə yaranarsa, məcburi tədbirlər görülür.