Tunellərdə polad qabıqlar suyun daxili və yeraltı təzyiqlərinə görə hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.
Polad qabıqların sərtlik halqaları olarsa kritik xarici təzyiq düsturlar və qrafiklər üzrə müəyyən edilir. Sərtlik halqaları olmadıqda kompüter proqramları ilə hesablamalara yol verilir. Polad qabıqların elastiklik modulu və axıcılıq həddi normalara uyğun seçilir.