Türkiyə 1,5 ildir ki İsraillə bütün ticarət əlaqələrini dayandırıb.

Heftelik.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada keçirilən Ərəb-İslam Fövqəladə Sammitində deyib.

Rəcəb Tayyib Ərdoğan hesab edir ki, İsrail iqtisadi təzyiqə də məruz qalmalıdır: “Əvvəlki təcrübələr belə tədbirlərin effektivliyini göstərir.  Türkiyə 1,5 ildir ki İsraillə bütün ticarət əlaqələrini dayandırıb. Nəticədə illik 9,5 milyard dollar itiririk”.