Güzəştli tətbiq MEXANİZMİ

16 Sentyabr 2025, 01:05

Qeyri-dövlət sektorunda çalışanlar üçün sosial sığorta haqları 7 il müddətinə güzəştlərlə tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sosial sığorta haqqında” qanunda əksini tapıb.

Bu, sahibkarlığın inkişafına dəstək məqsədi daşıyır.

Güzəştlər işəgötürənlərin yükünü azaltmaqla yanaşı, iş yerlərinin qorunmasına kömək edir.

Nəticədə həm işçi, həm də işəgötürən sosial təminatdan faydalanır.