Mədəni bitkilərin sahibləri gəlirlərin bölüşdürülməsində iştirak edə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Sahiblər eyni zamanda tədqiqatlara dəstək verir. Onlar resursların qorunmasında fəal iştirak edə bilərlər. Beynəlxalq proqramlarda iştirak etmək hüququna malikdirlər. Sahiblər müştərək tədqiqatlar və texnologiya mübadiləsi apara bilərlər. Dövlət bu hüquqları qoruyur.