Mərkəzə çörək və digər un məmulatları gətirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzin daxili intizam Qaydalarında əksini tapıb.

Hisə verilmiş, duzlanmış ət və balıq məmulatları bişirilmədən gətirilə bilər.

Yağ, piy, pendir və quru qənnadı məmulatları icazəlidir.

Quru çay, meyvə, tərəvəz və bişirilməyən qida məhsulları gətirilə bilər.

Süd və süd məhsulları yalnız şüşə qab xaricində icazəlidir.