Mərkəzdə saxlanılan əcnəbilər zəruri məişət şəraiti ilə təmin olunurlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.
Yaşayış otaqları çarpayı, masa, şkaf və digər ləvazimatlarla təchiz olunur.
Otaqlarda sanitar qovşaqları da mövcuddur.
Saxlanılan hər kəs lazımi yataq dəsti ilə təmin edilir.
