Sahibkarlar üçün SUBSİDİYALAR

16 Sentyabr 2025, 01:04

İşğaldan azad ərazilərdə fəaliyyət göstərən sahibkarlar sosial sığorta haqqının subsidiyalaşdırılmasından faydalanırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Sosial sığorta haqqında” qanunda əksini tapıb.

Muzdlu işə aid olmayan fəaliyyət göstərən şəxslərin sosial sığorta haqları tamamilə büdcədən ödənilir.

Eyni qayda sadələşdirilmiş vergi ödəyən fiziki şəxslərə də şamil edilir.

Bu mexanizm sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəlib.