Xəstə Əlisəmid Kür (Cəfərli) ötən gün Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Respublika Diaqnostika Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

“Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün lazımi tibbi tədbirlər tərəfimizdən həyata keçirilir”, – məlumatda qeyd olunub.

***

saat 12.10

Şair Əlisəmid Kür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu aktyor Qorqud Cəfər məlumat verib.

“Hazırda atamın vəziyyəti ağırdır”, – deyib.