
Sığortaedənlər qanuna əsasən bir sıra öhdəliklər daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Sosial sığorta haqqında” qanunda əksini tapıb.
Onlar sosial sığorta haqlarını vaxtında ödəməli və hesabat verməlidirlər.
Sığorta hadisəsi baş verdikdə ödənişləri düzgün qaydada təmin etməlidirlər.
Bəzi fəaliyyət növləri üçün xüsusi qəbz və ya fərqlənmə nişanı alınması da şərtdir.
