Bəzi hallarda tunellər astar konstruksiyasız layihələndirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.
Dayanıqlı qaya qruntlardan keçən və ya müəyyən dərinlikdə yerləşən tunellərdə bu üsul tətbiq olunur. Bununla belə, sürəti yüksək olan su axınlarında əsaslandırma aparmaq vacibdir. Tunelin başlanğıc və son hissələrində mütləq astar konstruksiyası nəzərdə tutulur.