UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyunu keçirilib.

Heftelik.az-ın xəbərinə görə, qarşılaşma “Eştadiu da Luş” stadionunda baş tutub.

“Qarabağ” “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

Oyunda ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis fərqlənib.

İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran hesabə bərabərləşdirib. “Qarabağ”ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edəcək.