Bircins çatlı və sementləşmiş qruntlarda beton astar konstruksiyasında çatların eninin açılması müəyyən düsturlar üzrə hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.
Təzyiqli və təzyiqsiz tunellərin dəmir-beton astar konstruksiyalarında çatların eni ayrıca düsturlar üzrə müəyyən edilir. Çatların təsirini nəzərə alan əmsallar və armatur gərginlikləri hesablamaya daxildir. Hesablama nəticəsində açılmış çatların eni cədvəl 9-da göstərilən qiymətlərdən çox olmamalıdır.