Yeni qaydalar sığorta şirkətlərinin riskləri idarə etməsini asanlaşdıracaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda əksini tapıb.

Risklər dəqiq bölgü ilə müəyyənləşdirildiyindən şirkətlərin maliyyə sabitliyi möhkəmlənəcək. Bu isə bazarda inamı artıracaq. Şirkətlər daha proqnozlaşdırıla bilən maliyyə siyasəti həyata keçirə biləcəklər. Nəticədə, xidmət keyfiyyəti də yüksələcək. İstehlakçılar üçün bu, daha çevik və ədalətli sığorta imkanları deməkdir. Qayda, ümumilikdə sığorta sektorunun inkişafına təkan verəcək.