Agentlik su təsərrüfatı obyektlərində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə məşğul olur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nda əksini tapıb.

Bu məqsədlə mütəmadi təhlükəsizlik yoxlamaları keçirilir. Əhalinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər də görülür. Nəticədə, fövqəladə risklərin təsiri minimuma endirilir.