Yeni və mövcud tunellərin layihələndirilməsi texniki-iqtisadi göstəricilərin müqayisəsi əsasında həyata keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki tunellər. Layihələndirmə normaları” qanunda əksini tapıb.

Layihələrdə tikinti üsulları, istismar şərtləri və geoloji xüsusiyyətlər nəzərə alınacaq.

Qurğuların etibarlılığı, dayanıqlığı və uzunömürlülüyü əsas meyarlar kimi qəbul olunacaq.

Bu yanaşma iqtisadi səmərəliliyin artırılmasına imkan verəcək.