Avtomobil sahibləri sığorta haqqını daha ədalətli qaydada ödəyəcəklər.

Heftelik.az-ın məlumatına görə, bu, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda əksini tapıb.

Tariflərin hesablanmasında şəffaflıq təmin olunacaq. Avtomobilin xüsusiyyətləri, sürücünün davranışı və region faktoru nəzərə alınacaq. Bu, hər kəsin öz riskinə uyğun sığorta haqqı ödəməsinə şərait yaradır. Beləliklə, artıq heç kim əsassız yüksək məbləğ ödəməyəcək. Sistem, ədalətli yanaşmanı təmin edir. Avtomobil sahibləri üçün bu, mühüm yenilikdir.