Əcnəbilərə məxsus əşyaların ümumi çəkisi 50 kq-dan artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzin daxili intizam Qaydalarında əksini tapıb.
Bu çəki həm şəxsi, həm də anbarda saxlanılan əşyaları əhatə edir.
Bişirilməsi tələb olunan ərzaq məhsulları gətirilə bilməz.
Kəsici və deşici əşyaların gətirilməsi qadağandır.
Mərkəz rəisinin icazəsi ilə bəzi əşyalar təmin edilə bilər.
