
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı bildirilir.
***
saat 15.14
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
Heftelik.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, beynəlxalq forum 19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq.
